İlon Mask ofisində kompüterdən istifadə etmir?

Dünya 17:59 26.06.2025

Texnologiya dünyasının ən nüfuzlu simalarından biri olan İlon Mask süni intellekt, kosmos tədqiqatları və elektrikli nəqliyyat sahəsində inqilabi layihələrə rəhbərlik etsə də, Şimali Kaliforniyada davam edən məhkəmə işində onun texnologiya ilə gündəlik təmasına dair diqqətçəkən bir iddia ortaya çıxıb: Maskın kompüter istifadə etmədiyi bildirilib.

“EDnews” xəbər verir ki,  bu qeyri-adi məlumat İlon Mask ilə "OpenAI" arasında süni intellektin gələcəyinə təsir göstərə biləcək davam edən hüquqi mübahisə çərçivəsində məhkəməyə təqdim olunan sənədlərdə yer alıb. Məhkəmə işi korporativ sirrlər, investisiya münasibətləri və şirkətin missiyası kimi ciddi mövzular ətrafında cərəyan edir. Lakin 22 iyun tarixində təqdim edilən üç səhifəlik sənədin ilk səhifəsindəki "Cənab Mask kompüter istifadə etmir" ifadəsi geniş müzakirəyə səbəb olub.

Məlumdur ki, İlon Mask sosial media platforması "X”də (keçmiş "Twitter”) olduqca aktivdir və əvvəllər dəfələrlə kompüter istifadə etdiyini açıq şəkildə bəyan edib. O, 2024-cü ildə "Starlink"in təyyarələr üçün Wi-Fi sistemi ilə bağlı sınaqlar zamanı dizüstü kompüterdən istifadə etdiyini bildirib. 2025-ci ildə isə bir izləyicisinin sualına cavab olaraq DOGE çıxartmalı köhnə noutbuk istifadə etdiyini etiraf etmişdi.

Bu faktlar Maskın rəqəmsal texnologiyalarla birbaşa ünsiyyətdə olduğunu sübut edir. Bu səbəbdən, vəkillərin "kompüter istifadə etmir” müdafiəsi hüquqi baxımdan məntiqli görünsə də, praktiki reallıqla ziddiyyət təşkil edir.
 
 Məlum olduğu kimi, İlon Mask və "OpenAI" arasında sənəd paylaşımı ilə bağlı ciddi gərginlik yaşanır. Mask, "OpenAI" rəhbəri Sem Altmanı təşkilatın ilkin missiyasını tərk etməkdə ittiham edir. "OpenAI" isə Maskı şirkətdən ayrıldıqdan sonra belə müdaxilə etməyə çalışan keçmiş ortaqlardan biri kimi təqdim edir.

"Maskın şəxsi kompüteri yoxdursa, ondan istənilən sənədlərin təqdim edilməsi texniki olaraq mümkün deyil” arqumenti ilə "kompüter istifadə etmir” ifadəsinin hüquqi taktika olduğu ehtimal edilir.

Dava davam etdikcə bu iddianın sadəcə bir hüquqi manevr, yoxsa fərqli məna daşıyan real vəziyyət olub-olmadığı daha aydın şəkildə ortaya çıxacaq. Lakin hazırda texnologiya aləminin ən görkəmli fiqurlarından birinin "kompüter istifadə etmirəm” açıqlaması ictimaiyyət və hüquq dairələrində çaşqınlıq doğurmağa davam edir.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Hamısı