Kreml ABŞ Prezidenti Donald Trampın Moskvanı bombalamaqla bağlı mümkün niyyətləri ilə əlaqədar CNN tərəfindən dərc edilmiş bəyanatların həqiqiliyini təsdiqləməkdə çətinlik çəkir.
“EDnews” xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi qeyd edib ki, amerikalı siyasətçinin ABŞ-də səsləndirdiyi bəyanatlara münasibət bildirmək səlahiyyəti yoxdur.
"Bunun saxta olub-olmadığını biz də bilmirik. İndi saxta xəbərlər çoxdur. Çox vaxt saxta məlumatlar həqiqi məlumatda daha çox olur. Biz bu və ya digər xəbərləri təhlil edəndə həmişə bunu nəzərə alırıq", - Peskov vurğulayıb.