İraqın şimalındakı keçmiş PKK terror qruplaşması üzvlərinin silahlarları iyulun 11-dən etibarən təhvil verəcəkləri gözlənilir.
“EDnews” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, DEM Partiya prosesi müşahidə etmələri üçün xüsusi nümayəndə heyəti formalaşdırıb. Heyətdə partiya həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhanın da olacağı nəzərdə tutulub.
Eyni zamanda tərk-silah prosesinin canlı yayımlanması da planlaşdırılır.