NASA əməkdaşı və həvəskar astronom Mario Rana Saturna naməlum kosmik obyektin çırpıldığını əks etdirən görüntünü qeydə alıb. Əgər onun dedikləri sübut olunarsa, bu tarixdə ilk dəfə toqquşmanın kamera vasitəsilə sənədləşdirilməsi hesab olunacaq.
“EDnews” bu barədə "New Scientist" nəşrinə istinadla xəbər verir.
Alimlərin sözlərinə görə, hər il təxminən yeddi asteroid və ya kometa Saturna çırpılır, lakin indiyə qədər heç biri görüntülənməyib.
Mario Rana "DeTeCt" adlı layihə çərçivəsində bu müşahidəni aparıb. Layihə, Yupiter və Saturna çırpılmaları müəyyən etmək üçün kompüter alqoritmlərindən istifadə edir.
Hazırda həmin parıltının həqiqətən toqquşma olub-olmadığını təsdiqləmək üçün digər teleskoplardan müstəqil məlumatlar toplanır.