ABŞ-də keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsinin ilk matçı keçirilib.
“EDnews” xəbər verir ki, Nyu-Cersi şəhərinin "Metlayf" stadionunda keçirilən matçda "Fluminense" (Braziliya) və "Çelsi" (İngiltərə) komandaları qarşılaşıblar.
Görüş londonluların qələbəsi ilə yekunlaşıb - 0:2.
Hər iki qolu 18 və 56-cı dəqiqələrdə Joao Pedro vurub.
Qeyd edək ki, "zadəganlar" finalda "Real Madrid" - PSJ cütünün qalibi ilə görüşəcəklər.