Hindistanda arı sürüsü təyyarənin gövdəsini örtərək uçuşu gecikdirib.
“EDnews” xəbər verir ki, Suratdan Caypura gedən "IndiGo" reysi insidentə görə azı 50 dəqiqə gecikib. İlk olaraq təyyarənin yük anbarının lükü ətrafında dövrə vuran arıları aviaşirkətin baqaj yükləyən əməkdaşları görüblər və dərhal aviaşirkət və hava limanının əməkdaşlarına xəbərdarlıq ediblər.
"Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları uzaqlaşdırmaq üçün yanğınsöndürən maşından gələn su axınından istifadə ediblər", - hava limanının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yanğınsöndürənlər əvvəllər belə halla qarşılaşmayıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.