Fransanın cənubunda tüğyan edən meşə yanğınları səbəbindən ölkənin ən gur hava limanlarından biri olan Marsel-Provans aeroportu bağlanıb.
“EDnews” xəbər verir ki, yanğının söndürülməsinə 168 yanğınsöndürən və helikopter cəlb olunub.
Marsel hava limanının nümayəndəsi bildirib ki, günorta saatlarından aeroportda təyyarələrin hərələti olmayıb.
Hava limanının fəaliyyətini nə vaxt bərpa edəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Marsel-Provans hava limanı sərnişin dövriyyəsinə görə Fransada beşinci yeri tutur.