Cəbrayıla arzularımızın dalınca gedirik.
EDnews xəbər verir ki, bu sözləri "Report" Cəbrayıl sakini, keçmiş məcburi köçkün Fazil Əliyev deyib
O, bildirib ki, sevincinin hədd-hüdudu yoxdur:
"Çox sevincliyik. Çünki yurdumuza qayıdırıq. Adam sevincindən söz tapa bilmir. O vaxt Cəbrayılı tərk edəndə təxminən 40 yaşım vardı, 76 yaşımda qayıdıram. Dövlətimiz sağ olsun, bizə bu xoşbəxt günü yaşatdı. Cənab Prezidentimizə güvənirik".
"Yurduma ailəm - övladım, nəvələrimlə qayıdıram. Cəbrayıla arzularımızın dalınca gedirik. Daimi yaşamağa, qurub-yaratmağa, əkib-biçməyə, yaşıllıq sahəsi yaratmağa gedirik. Arzularımız həmişə var", - F.Əliyev əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürüləcək.






