Kreml Çinin raket sınaqlarını dəstəkləyib.
EDnews Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü deyib: "Biz inanırıq ki, raketlərini sınaqdan keçirmək və hərbi inkişafla məşğul olmaq Çinin suveren hüququdur".
Qeyd edək ki, Çin döyüş başlığı olan strateji raketi uğurla sınaqdan keçirib.








