Çərşənbə axşamı keçirilən səsvermənin nəticələrinə görə, ABŞ Senatı prezident Donald Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdıracaq qətnaməni bloklayıb.
EDnews xəbər verir ki, demokrat Con Fetterman da daxil olmaqla, qırx səkkiz senator qətnamənin Xarici Əlaqələr Komitəsindən səsvermə üçün çıxarılması təklifinə qarşı çıxıb.
Respublikaçılar Bill Kassidi, Syuzan Kollinz, Liza Murkovski və Rend Pol da daxil olmaqla, qırx yeddi qanunverici sənədin lehinə səs verib.
Qeyd edək ki, senator Rafael Uornok tərəfindən irəli sürülən qətnamə ABŞ silahlı qüvvələrinin Konqresin icazəsi olmadan İranda və ya İrana qarşı aparılan hərbi əməliyyatlardan çıxarılmasını nəzərdə tutur.






