Avstriyada təlim məşq toplanışında olan "Qarabağ" bu gün Ukraynanın "Metallist" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
“EDnews” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Komandamız iyulun 11-də "Tvente" ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında rəqib "Zalsburq" (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.