Bu gün Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı COVID-19 peyvəndlərinin satın alınması zamanı korrupsiya ittihamları ilə əlaqədar etimadsızlıq səsverməsi müzakirəyə çıxarılacaq.
EDnews xəbər verir ki, dinləmələrdə fon der Lyayenlə yanaşı, Avropa Komissiyasının bütün heyəti iştirak edəcək. Etimadsızlıq təşəbbüsünün müəllifi rumıniyalı avroparlamentari Georgi Piperiya olub. Onun təklifini 74 deputat dəstəkləyib ki, bu da onu gündəmə çıxarmaq üçün yetərlidir (minimum tələb – 72 səs). Tərəfdarların əksəriyyəti sağ-mühafizəkar mövqeyi ilə tanınan “Avropa Mühafizəkarları və İslahatçılar” (ECR) qrupuna aiddir.