Polşa Müdafiə Nazirliyi Almaniya ilə sərhəd bölgəsində genişmiqyaslı “Təhlükəsiz Qərb” adlı xüsusi hərbi əməliyyata başladığını açıqlayıb.
“EDnews” xəbər verir ki, əməliyyat barədə məlumatı müdafiə naziri Vladislav Kosinyak-Kamış şəxsi "X" (keçmiş Twitter) səhifəsində yayıb.
Nazirin sözlərinə görə, bu tədbirlər təkcə Almaniya ilə deyil, Litva ilə sərhəddə də analoji fəaliyyətlərin gücləndirilməsi ilə paralel həyata keçirilir.
“Hazırda Almaniya və Litva ilə sərhədlərimizdə vəziyyət daha çox diqqət tələb edir. Dövlət sərhədlərinin etibarlı mühafizəsi bizim milli təhlükəsizliyimizin əsas sütunlarından biridir,” – deyə nazir bildirib.