Hakan Çalhanoğlu ilə anlaşan "Qalatasaray" bu həftə yenidən İtaliyanın "İnter" komandası ilə danışıqlara başlayacaq.
“EDnews” xəbər verir ki, İtaliya komandasının 30 milyon avro tələbi düşündürücü olsa da, Hakanın işə qarışacağı və orta yol tapacağı gözlənilir.
"İnter" klubunun rəsmiləri isə Hakan Çalhanoğlunun ayrılmaq istəyini nəzərə alaraq endirim barədə düşünməyi qəbul ediblər.