"Türkiyənin "Leman" jurnalında peyğəmbərlərlə bağlı karikaturanın nəşri yumor adı altında mənfur təxribat və təhrikçilikdir".
“EDnews” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Peyğəmbərimizi və digər peyğəmbərləri təhqir edənlər qanun qarşısında cavab verəcəklər. Bunu təqib edəcəyik", - deyə o bildirib.
Xatırladaq ki, İstanbul Prokurorluğu "Leman" jurnalında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə təhqiqat başladıb.