Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il dünya çempionatının oyunlarında hissələr arasında fasilələrin 15 dəqiqədən 20 dəqiqəyə qədər artırılmasını təklif edib.
“EDnews” xəbər verir ki, "FIFPro", həmçinin sərinləmək üçün nəzərdə tutulan fasilələrin sayını artırmaq variantını nəzərdən keçirməyi təklif edib.
Bildirilir ki, 2026-cı il dünya çempionatının oyunlarının keçiriləcəyi 16 şəhərdən 9-da hava şəraiti futbolçular üçün "son dərəcə riskli" olacaq.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.