Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı məsələni tənzimləyən qanunu imzalayıb.
“EDnews” xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.
Məlumata görə, artıq belə geyimlərdən istifadə rəsmi olaraq qadağandır.
Bildirilir ki, qadağa niqab kimi üzü örtən digər dini geyimlərə də şamil edilir.
Xatırladaq ki, qadağanın təşəbbüskarı ölkə parlamenti olub. İyunun əvvəlində Qazaxıstan Senatı ictimai yerlərdə üzün tanınmasına mane olan geyimlərdən istifadəni qadağan edən düzəliş irəli sürüb.