Rusdilli məktəblər bağlanır?

Təhsil 13:16 01.07.2025

Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı kifayət qədərdir. Sanki, valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər, məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil.

Nəticədə bəzi ibtidai siniflərdə rus bölməsində şagird sayı 45-50-yə çatır. Bu səbəb də valideynlərin qərarına təsir etmir. Hətta, övladını inadla rus bölməsində oxutmaq istəyənlər arasında ümumiyyətlə, rus dilində bir kəlmə bilməyənlər var. Bəzi keçmiş sovet respublikalarında, o cümlədən, Gürcüstan, Ukrayna, Qazaxıstanda, Baltikyanı ölkələrdə orta məktəblərdə rus dili məhdudlaşdırılıb və ya bu dildə təhsildən tamamilə imtina olunub. Bizdə isə nəinki paytaxtda, digər şəhər və rayonlarımızda belə rus dilində danışan əhalinin çəkisi artıb. 2019-cu ilə aid statistikaya görə, Azərbaycanda 130 mindən artıq şagird rus dilində təhsil alır. Bu əvvəlki illərlə müqayisədə təxminən 40 min nəfərlik artım deməkdir.

Sual yaranır. Rus dilində təhsil keyfiyyətli təhsil deməkdir? Rus bölmələrinə marağın hələ də qalmasının əsas səbəbi nədir? Rus dilində təhsil alanların başqa dövlətin təsirinə düşmə ehtimalı varmı? 

Suallarımızı cavablandıran millət vəkili Ceyhun Məmmədov hesab edir  ki, rus dilində təhsil daha keyfiyyətlidir fikri streotipdir:

‘’Yəni, insanların ağlında bu tərzdə formalaşıb ki, guya, rus dilində təhsil daha effektlidir. Əslində vəziyyət belə deyil. Həm Azərbaycan, həm də rus dilində təhsil səviyyəsi eynidir. Bir sözlə, onlar arasındakı hansısa keyfiyyət fərqindən söhbət gedə bilməz. İndiki dövrdə valideynlər övladlarının xarici dildə oxumasını istəyirlər. Bu da xarici dilin üstünlükləri ilə bağlıdır. Rus dilində təhsil alan şəxslərin başqa dövlətin təsiri altına düşməsinə gəlincə isə bu nüansı əsassız sayıram. Onda belə çıxır ki, İngilis dilində oxuyan ingilisin, ərəb dilində oxuyan ərəbin təsiri altına düşür? Əgər belə bir cəhd varsa, təbii ki, təsir altına düşə bilər. Fikrimcə, biz düzgün, maarifləndirilib, istiqamətləndirməliyik ki, insanlarda yalnış düşüncə formalaşmasın".

''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli isə bildirib ki, indiki dövrdə ölkəmizdə rus dilində təhsilin önəmi azalmağa doğru gedir:

‘’Məsələn, 2000-2005-ci illər arasında müqayisə aparsaq, görərik ki, 340 rus bölməsi olan məktəblərin sayı 300-ə enib. 17 məktəb isə yalnız rus dilində tədrislə məşğuldur. Bu rəqəmlər Azərbaycanda rus bölməsinə marağın azaldığını göstərir. Əlavə olaraq qəbulla bağlı uşaqların gələcəyini fikirləşən valideynlər rus bölməsini seçiblər. Çoxu düşünürdü ki, rus bölməsində az bal toplamaqla ali təhsil müəssisələrinə qəbul ola biləcəklər. Amma son 5 ildə MİQ imtahanlarının nəticələri onu göstərir ki, artıq Azərbaycanda rus bölməsi üzrə müəllim qıtlığı yaşanır. Bu da digər problemlərdən biridir. Ümumiyyətlə, rus dili üzrə müəllimlik həvəsində olan kimsə yoxdur. Bu gedişlə yaxın zamanlarda rus sektorunda oxuyan bir nəfər belə şagird qalmayacaq. Təəssüf ki, bir qrup valideyn Azərbaycan dilində tarix fənni keçirildiyi üçün Elm və Təhsil Nazirliyini məhkəməyə verib. Bununla valideynlər istəyir ki, Azərbaycanda yaşıyıb təhsil alan şagirdlər öz ana dilində bilməsin. Fikrimcə, bütün hallarda xarici dildə danışıb düşünən şəxs az da olsa, başqa dövlətin təsirinə düşə bilər".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı