Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın taleyinə aydınlıq gəlib.
“EDnews” xəbər verir ki, bu gün İtaliyalı mütəxəssis üçün imza mərasimi təşkil olunub və onun müqaviləsi yenilənib.
Montella ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Montella Türkiyə yığmasını 2023-cü ilin sentyabr ayından çalışdırır.