Prezident Donald Tramp ABŞ ordusunun İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra Tehran rəsmiləri ilə danışmadığını bildirib.
“EDnews” xəbər verir ki, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, Ağ Evin 44-cü rəhbəri Barak Obamadan fərqli olaraq onun Tehrana heç bir təklifi yoxdur.
"Mən İrana heç nə təklif etmirəm - Obamadan fərqli olaraq… Biz onların nüvə obyektlərini tamamilə məhv etdikdən sonra mən onlarla danışmamışam", - deyə yazıda qeyd olunub.
Tramp, həmçinin iddia edir ki, ABŞ İranla əvvəllər mövcud olan nüvə sazişi (JCPOA - Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində Tehrana milyardlarla dollar köçürüb.