Aralıq dənizində Rusiya limanından neft daşıyan tankerdə partlayış baş verib.
“EDnews” xəbər verir ki, gəmi bir milyon barel neft daşıyırdı.
"Vilamoura" tankeri Liviya yaxınlığında dənizdə baş verən partlayış nəticəsində sıradan çıxıb və zərərin qiymətləndirilməsi üçün Yunanıstana yedəkdə aparılıb.
Partlayışın səbəbi hələ məlum deyil. Dənizdə çirklənmə qeydə alınmayıb və heyət üzvləri xəsarət almayıblar.