Psixoloq: “Yeni nəslin nümayəndələri depressiyadan çıxa bilmir” – SƏBƏBLƏR

Cəmiyyət 15:17 12.01.2024

COVİD-19 pandemiyasının yaratdığı ölüm hallarından sonra bir də psixoloji təsirləri qalmaqda davam edir. Dünyanın hər yerindən insanlar pandemiyadan sonra özlərini heç də əvvəlki kimi hiss etmədiklərini ifadə edirlər. Bəs pandemiya insanların psixologiyasına necə təsir edib? 

Məsələ ilə bağlı Ednews-a danışan psixoloq Sevinc Həbibova bildirib ki, “pandemiya psixologiyası” ən çox azyaşlılarda təsir buraxıb:

“Pandemiyanın psixoloji təsirinin də çox ciddi dərəcədə insanlara zərər vurduğunu demək olar. Bəli bu gün də biz dünyanın istənilən ölkəsində xəstəliyə görə yaradılan sosial vəziyətin nəticəsini görürük. Pandemiya dövründə insanların ev şəraitində işləməsi və təhsil alması bütün dünyada zehni tənbəllik yaradıb. Misal üçün, uşaqlar həmin o məhdudlaşdırma dövründə dərslərə daha vecsiz və məsuliyyətsiz yanaşıblar. Bu vəziyyət onlarda məktəbə olan həvəsi hədsiz dərəcədə azaldıb. Bunu istənilən orta məktəb müəllimi təsdiqləyə bilər ki, azyaşlılarda pandemiyadan sonra evdən çıxmamaq kimi vərdiş yaranıb. Bəlkə də, bütün bunlar həyatın təbii parçasıdır və baş verməli olan hadisələrin qarşısı alına bilmir”. 
İnsanlar arasında depressivliyin artmasının əsas səbəbləri sualına psixoloq bildirib ki, pandemiyadan sonra insanlar yaşadıqlarını hiss etmirlər və bu bütün dünya əhalisinə aiddir:

“Dünya əhalisinin 2 il ərzindən evə qapanması insanların özlərini ev şəraitində daha güvəndə hiss etməsinə şərait yaradıb. Hazırda bütün dünyada pandemiyanın depressivliyi qalıb. İnsanlar bunu çox vaxt qorxularla əlaqələndirirlər. Lakin mən deyərdim ki, insanların özlərini pandemiyadan əvvəlki kimi hiss etməməsi heç də qorxudan deyil. Əksinə insanlar indi daha az qorxur və ümumiyyətlə əvvəllər insanları qorxudan məsələlər indi onlar üçün adiləşib. Bu təkcə gənclər üçün yox, bütün yaş qrupları üçün eynidir. Fikirləşirəm ki, insanlar arasında yaranan və onların həyatdan daha az zövq almasına mane olan başqa bir amil də vecsizlikdir. 2020-ci ildən sonra insanları həyəcanlandıran hadisələr onlar üçün olduqca adiləşib. Yaşlı nəsillərin psixoloji təzyiqlərə daha davamlı olduğunu nəzərə alsaq, deyə bilərik ki, dövrün gəncləri üçün pandemiya daha da ağır nəticələr verib. Onlar həyatlarının ən çətin vaxtlarına çatmamış artıq yorğun və kədərli hiss edirlər. Əslində həm də deyə bilərik ki, karantin zamanı insanların özləri ilə vaxt keçirməyə həddən artıq imkanı olub. İlk baxışda yaxşı səslənsə də, bu insanları məşğuliyyətlərindən, münasibətlərindən və kəşf etməkdən soyudub. Beləcə, bizim üçün bütün maraqlarımız adiləşməyə başlayıb”.

Fərid Axund

WhatsApp-Image-2024-01-12-at-14.50.30.jpeg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hamısı