İranda iki sentrifuqa istehsalı obyekti, TESA (Kərəc) emalatxanası və Tehran Tədqiqat Mərkəzi zərbələrə məruz qalıb.
“EDnews” xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"AEBA-nın məlumatına görə, İranda iki sentrifuqa istehsalı obyekti, TESA Kərəc emalatxanası və Tehran Tədqiqat Mərkəzi zərbələrə məruz qalıb", - paylaşımda qeyd edilib.
Həmçinin qeyd olunub ki, Tehrandakı obyektdə qabaqcıl sentrifuqalar üçün rotorların istehsal edildiyi və sınaqdan keçirildiyi bir bina zədələnib.
"Kərəcdə sentrifuqaların müxtəlif komponentlərinin istehsal edildiyi iki bina dağıdılıb", - məlumatda bildirilib.