Dövlət Departamenti prezident Donald Trampın İsrailin İrana hücumu ilə bağlı gərgin iş qrafiki səbəbindən NATO-nun Haaqa sammitində iştirak edə bilməyəcəyini istisna etməyib.
“EDnews” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bəyan edib.
Onun sözlərinə görə, Yaxın Şərqdə hadisələr çox sürətlə inkişaf edir.
Qadın diplomat Trampın Haaqa səfəri təxirə düşə bilərmi sualına cavabında deyib: “Hər şey mümkündür. Ancaq hazırda bu məsələdə hər hansı dəyişiklik yoxdur. Amma təbii ki, söhbət prezidentin səfərindən gedir, ona görə də son qərar Ağ Evin səlahiyyətindədir”.