Bakıda türkdilli dövlətlərin kredit büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma Memorandumları imzalanacaq.
“EDnews” bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, sənədə iyunun 24-25-da keçiriləcək "Fintex Sammir" çərçivəsində imza atılacaq. Bundan başqa, Sammit çərçivəsində ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası əməkdaşlığa dair sənəd imzalayacaq.