İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb.
“EDnews” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.
"Bir neçə dəqiqə əvvəl "Doğru vəd 3" əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək", - agentlik onun sözlərini sitat gətirib.