“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix

Yaxın Şərq 11:54 17.06.2025

2024-cü ilin sonlarından bəri İsrail ilə İran arasında artan, son günlərdə aktiv fazaya keçən hərbi-siyasi gərginlik, Yaxın Şərqdəki geosiyasi sabitliyi sınağa çəkən yeni bir mərhələyə qədəm qoyub. Qəzza müharibəsinin yaratdığı domino effekti, İranın  silahlı qüvvələri və regiondakı proksi qüvvələri – xüsusilə HƏMAS, Hizbullah və Husilər vasitəsilə hərbi-siyasi təzyiqləri artırması fonunda İsrailin bu təhdidlərə yalnız ordusu ilə yox, həm də kəşfiyyat orqanları ilə də cavab verdiyini göstərdi.

Bu kontekstdə MOSSAD daha bir dəfə klassik görünməz müharibənin səhnəsinə səssiz, lakin zərbələri dəqiq olan aktor kimi çıxdı.

2024–2025-ci illərdə:

İranın hərbi sənaye komplekslərinə aid mühəndislərin müəmmalı şəkildə aradan götürülməsi,
Suriyada və İraqda İran İnqilab Keşikçilərinə qarşı yüksək dəqiqliklə həyata keçirilmiş dron hücumları,
Tehranda informasiya sızdırmaları və daxili sabotaj dalğalarının intensivləşməsi — bütün bu hadisələrin fonunda MOSSAD-ın "əl izi" görünməsə də, izi duyulur.

MOSSAD bu gün İsrailin yalnız kəşfiyyat beyni deyil, həm də psixoloji müharibə aparatıdır. Hər dəfə hansısa iranlı mühəndisin avtomobili partlayanda, hər dəfə Tehran ətrafında müəmmalı yanğın baş verəndə, sual təkcə “Kim etdi?” yox, “bu qədər dərinə necə sızdılar?” olur.

MOSSAD-ın bu müharibədəki rolu artıq "kəşfiyyat" anlayışından çıxaraq “strateji yönverici aktora” çevrilib. O, diplomatiyanın görünmədiyi yerlərdə danışır, hərb maşınının gedə bilmədiyi nöqtələrdə hərəkət edir, və ən əsası: təhlükənin özünü yönəldir.

“Tehran Gecəsində Sırğa Kimi Asılan Sirr” – 2018-ci il Nüvə Arxivi Əməliyyatı
2018-ci ilin əvvəlində MOSSAD agentləri, Tehranın mərkəzində yerləşən gizli sənəd anbarına daxil olaraq yarım ton sənədi və kompakt daşıyıcını çıxarıb İsrailə daşıdı. Bu sənədlər İranın nüvə silahı hazırlamaq istiqamətindəki niyyətini və gizli fəaliyyətlərini sübut edirdi.

İsrail Baş naziri Netanyahunun bu sənədləri dünya ictimaiyyətinə təqdim etməsi, həm MOSSAD-ın operativ cəsarətini, həm də psixoloji təsir gücünü ortaya qoydu. Bu, sadəcə sənəd oğurluğu deyildi — İranın beynəlxalq legitimliyinə qarşı strateji informasiya zərbəsi idi.

Əməliyyat sübut etdi kimi MOSSAD Tehran kimi qorunan  şəhərdə belə, “divarların arxasından gizlini eşidə” bilir.

“Zərgər Səbrilə Əsəbləri Oymaq” – Agent Əməliyyatları və Psixoloji Sızma
İranın təhlükəsizlik aparatında baş verən son ifşalar və bəzi yüksək vəzifəli şəxslərin ikili agent çıxması, MOSSAD-ın yalnız xaricdə deyil, İranın daxilində də “paralel kəşfiyyat hüceyrələri” yaratdığını göstərir.

Bəzi iddialara görə, Tehranın özündə fəaliyyət göstərən MOSSAD hüceyrələri:

hərbi elmi konfransları izləyir,
kritik məlumat daşıyan şəxsləri "profil"ləyir,
sosial mediada manipulyativ psixoloji kampaniyalar həyata keçirir.

Bu, artıq klassik casusluqdan çox, informasiya psixologiyası və davranış mühəndisliyi ilə silahlanmış yeni nəsil MOSSAD modelidir.

MOSSAD-ın Nüvə Kölgəsindəki Hədəfi: Möhsin Fəxrizadənin Aradan Götürülməsi (2020)

2020-ci ilin noyabrında Tehranın ətrafında baş verən qətl hadisəsi dünya mediasında sükutla başlayıb, şokla yayıldı. İranın nüvə proqramının “atası” kimi tanınan və uzun illər görünməyən adam olan Möhsin Fəxrizadə, uzaqdan idarə olunan avtomatik pulemyot vasitəsilə öldürüldü. Hücumun incəliyi, texniki səviyyəsi və onun reallaşması üçün lazım olan yerli şəbəkə dərinliyi, bu hadisənin arxasında sadəcə klassik kəşfiyyat yox, strateji, çoxsəviyyəli kəşfiyyat-sabotaj əməliyyatı olduğunu göstərdi.

İran rəsmi olaraq İsraili ittiham etdi. Qərb mətbuatı isə hadisəni MOSSAD-ın “robotik intellekti” ilə həyata keçirilmiş ilk sui-qəsdi adlandırdı. Bu, artıq MOSSAD-ın təkcə “insan casusları” ilə deyil, hibrid texnologiyalar vasitəsilə də əməliyyatlar apardığını nümayiş etdirdi.

Bu hadisə, İsrailin bir qırıcı belə göndərmədən, bir əsgərini belə risqə atmadan İranın strateji beyinlərini neytrallaşdırmaq qabiliyyətinin canlı sübutu oldu.

 İsfahan Partlayışları və Daxili Sabotaj Zənciri (2022–2023)

2022-ci ilin sonlarından etibarən İranın İsfahan şəhərində yerləşən PUA istehsalı mərkəzlərində, yanacaq zavodlarında və raket siloslarında bir neçə müəmmalı partlayış baş verdi. Rəsmi Tehran bunu “elektrik qəzaları” və ya “əməkdaş səhlənkarlığı” kimi təqdim etsə də, beynəlxalq müşahidəçilər MOSSAD-ın İranda dərin agent şəbəkəsi vasitəsilə sabotaj aktları həyata keçirdiyini qeyd etdilər.

Bu əməliyyatlar fiziki dağıntı ilə yanaşı, İran hakimiyyətində təhlükəsizlik böhranı və kadr panikası da yaratdı. Bu tip əməliyyatlar artıq hərbi və texnoloji hədəfləri məhv etməklə yanaşı, daxili inamsızlıq və psixoloji dağılma effekti ilə strateji məqsədlərə xidmət edir.

2024–2025-ci illərin “Səssiz Hücumları”: Hədəf – İranın Qlobal Şəbəkəsi
Qəzza müharibəsinin fonunda artan İsrail–İran qarşıdurması fonunda, MOSSAD son aylarda:

Avropada İranın logistika şəbəkələrinə,
Afrikada HƏMAS və Hizbullah təmsilçilərinə,
Türkiyə və Gürcüstan kimi vasitəçi ölkələrdə “gizli görüşlərə”
qarşı kəşfiyyat və koordinasiyalı basqınlar həyata keçirib. Bunlar göstərir ki, MOSSAD artıq bir regional yox, transregional aktiv əməliyyat mərkəzinə çevrilib.

İsrailin düşməni harada nəfəs alırsa, MOSSAD orada “hava çatışmazlığı” yaradır.

Bu gün MOSSAD, İsrailin “qeyri-rəsmi ordusu” olmaqdan çıxıb, regional təhlükəsizlik dinamikasını yönləndirən strateji beyin gücünə çevrilib. İran kontekstində isə o, birbaşa müharibəyə girmədən, döyüş meydanlarını dəyişdirən və rəqibini daxildən çökdürən asimmetrik müharibə mexanizmi funksiyasını daşıyır.

MOSSAD-ın əlləri silahlı deyil – mənbəlidir, yolu cəbhə yox – labirintdir, qələbəsi isə atəş altında yox – susqunluq içində yazılır.

Gələcəyin kölgəsində yazılan kəşfiyyat manifesti
MOSSAD haqqında yazmaq — bir tərəfdən məlumatın qadağalarla əhatə olunduğu, digər tərəfdən isə spekulyasiyaların bol olduğu  mina sahəsində addımlamaq deməkdir. Ancaq bu qurumun əməliyyatları, sadəcə kəşfiyyat uğurları kimi yox, bir dövlətin varlıq fəlsəfəsinin təzahürü kimi oxunmalıdır.

İsrailin dövlətçilik ruhunda MOSSAD, hər an ayaqda qalmaq instinktinin rasionallaşmış simasıdır. Onlar təkcə məlumat toplayan və düşmən ovlayan deyil — töhmətlərlə idarə olunan regionda, hər an tarazlığı pozmaq və qorumaq məsuliyyətini daşıyan subyektlərdir.

Əgər diplomatiya teatrdırsa, MOSSAD bu teatrın səhnəarxasında səssiz şəkildə ssenarini dəyişən dramaturqdur.

MOSSAD və etik dilemmalar: Gücün hüdudları harda bitir?
MOSSAD-ın fəaliyyətlərində bir sual həmişə aktual qalır: Təhlükəsizliyi təmin etmək naminə haraya qədər getmək olar?
– Başqa dövlətlərin ərazisində adam öldürmək?
– Beynəlxalq hüququ fakt qarşısında qoymaq?
– Susanları susdurmaq, danışanları itirmək?

Bu suallar təkcə İsrailə yox, bütün “realpolitik” sistemini qoruyan rejimlərə ünvanlanmalıdır. MOSSAD bu mənada həm qorxunun institusional forması, həm də bir növ hüquqi boşluğun hərbi funksiyasıdır.

MOSSAD post-insan dövrünə hazırlaşır
Texnologiyanın insanı əvəzlədiyi dövrdə MOSSAD da dəyişir. Klassik casusların yerini süni intellekt analizləri, kvant şifrələməni qıran alqoritmlər, psixoloji manipulyasiya alqoritmləri alır.

İnsan faktoru hələ də önəmlidir, lakin “post-insan təhlükəsizliyi” anlayışı artıq gündəmdədir. Bu, MOSSAD üçün yalnız əməliyyat meydanı deyil, idarə etmə fəlsəfəsinin də dəyişməsi deməkdir.

Kim qoruyur, kim nəzarət edir?
MOSSAD-ın ən böyük uğurları onunla bağlı danışılanlardan yox, heç zaman öyrənilməyənlərdə gizlidir. Ancaq bu susqunluq təkcə effektivliyin yox, həm də demokratik nəzarətin yoxluğunun göstəricisi ola bilər.

Dövlətləri qoruyan qurumlar varsa, xalqı bu qurumlardan qoruyan nə olacaq?
MOSSAD kimi strukturların nümunəsində, dünyanın kəşfiyyat etikasını yenidən düşünməyə ehtiyacı var.

Şahlar Ruhi

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
"Milyarderlərin sığınacağındak"ı kanalizasiya problemi ştatın qanunvericilik gündəminə çevrildi
06:20 17.06.2025
Çində qızıl mədəni tapıldı
06:15 17.06.2025
G7 İran-İsrail münaqişəsi haqqında birgə bəyanat imzaladı
05:09 17.06.2025
Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırır
01:48 17.06.2025
"İran səhərə qədər İsraili vuracaq"
00:51 17.06.2025
Nadir torpaq elementləri ilə zəngin sualtı ada kəşf olundu
00:06 17.06.2025
"ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir"
00:04 17.06.2025
Berbok BMT-dəki mandatından imtina etdi
23:22 16.06.2025
İki Od Arasında: İran-İsrail Münaqişəsi və Azərbaycanın Strateji Seçimləri
23:07 16.06.2025
İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
Hamısı