“Şuşa Bəyannaməsi ölkələrimizin sərhədlərini aşıb”

Yazarlar 15:48 16.06.2025

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi. 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi. Bu sənəd təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda Türk Dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi başda olmaqla bir çox strateji müqavilələrə istinad edərək yeni mərhələdə yeni əməkdaşlığın konturlarını müəyyən etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”

Şuşa bəyannaməsi ilə Bakı-Ankara ikitərəfli münasibətlərin pik nöqtəsinə çatdı. İki qardaş ölkə regionun gələcəyi ilə bağlı baxışlarının eyni olduğunu təsdiqləmiş oldular.

Bəyannamədə siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar, media çoxşaxəli əməkdaşlıq istiqamətləri əks olunub. Bununla iki qardaş ölkə siyasət, iqtisadiyyat, müdafiə sahələrində imkanlarını və potensialını birləşdirmiş oldu.

Sənəddə də qeyd olunduğu kimi, hərbi sahədə əməkdaşlıqda müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, bununla da silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutulur. Hətta “Türkiyə və Azərbaycan digər dost dövlətlərin orduları ilə hərbi təlimlərin təşkilinə dəstək verəcək” ifadəsi də sənəddə yer alıb. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə hərbi əlaqələrin coğrafiyasını genişləndirirərək, bu əməkdaşlığı bütövlükdə türk dünyasına təsir edəcək səviyyəyə qaldırıb. Əsas məsələ isə ondan ibarətdir ki, bu hərbi əməkdaşlıqlar üçüncü ölkələrə qarşı yönəlməyib. Şuşa bəyannaməsi bu əməkdaşlığın heç bir halda aqressiv və destruktiv məqsəd daşımadığı mesajını verir. Amma burada bir həssas məqam var. Belə ki, bəyannaməyə əsasən, tərəflərdən birinə qarşı hər hansı təhdid və ya hücum zamanı iki ölkənin birlikdə çevik və qətiyyətlə hərəkətə keçməsi nəzərdə tutulur.

Ölkələrimiz müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya mübadiləsinə xüsusi diqqət yetirir. İki ölkə arasında bu münasibət təkcə müharibə və ya təhlükə zamanı qurulmayıb. Sənəddə hər iki ölkənin təhlükəsizlik şuralarının heç bir təhdid olmasa belə, milli təhlükəsizliklə bağlı məsələlərə dair mütəmadi toplantılar keçirməsi, bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Tarixi Şuşa Bəyannaməsi həm də beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qardaş ölkələr həmçinin informasiya cəbhəsində təcrübə mübadiləsini artıraraq, diplomatik səyləri birləşdirməkdədir. Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlıq bütün parametrlər üzrə inkişaf etdirilir. Birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələr genişləndirilir, strateji məsələlər üzrə birgə qərarlar qəbul edilir. Təsadüfi deyil ki, bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq konfranslar təşkil olunur. Elə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü də 2024-cü ilin iyununda məhz Şuşada baş tutmuşdu.

Ümumiyyətlə, bu əməkdaşlığın yeni mərhələsi kontekstində Qarabağ vəı şərqi Zəngəzurun bərpasında qardaş ölkənin iştirakını xüsusi qeyd etməliyik. Belə ki, Qarabağda aparılan bərpa-quruculuq işlərində türk şirkətləri fəal iştirak edir. Dövlət başçımızın da söylədiyi kimi, “bu gün biz bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük." Təsadüfi deyil ki, azad olunmuş ərazilərdə inşa olunan 3 beynəlxalq hava limanının açışlış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Bir sözlə, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib. Bu uğurlu əməkdaşlıq ikitərəfli münasibətləri dərinləşdirməklə yanaşı bütövlükdə regionda və türk dünyası coğrafiyasında sabitlik və rifahı təmin etməkdədir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
İsrail Livanı bombaladı
21:13 16.06.2025
BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
21:02 16.06.2025
"ABŞ Rusiya ilə görüşünü ləğv edib"
19:33 16.06.2025
Tramp G7-nin bəyanatını imzalamaqdan imtina edib
19:16 16.06.2025
İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi
18:23 16.06.2025
Qərbin İkili Standartları: Azərbaycan Kontekstində İkiüzlü Ədalət
16:24 16.06.2025
Pakistan İranla sərhədi bağladı
16:08 16.06.2025
“Şuşa Bəyannaməsi ölkələrimizin sərhədlərini aşıb”
15:48 16.06.2025
"İsrail Tehranın hava məkanına tam nəzarət edir"
15:39 16.06.2025
"Azərbaycanlı zəvvarlar vətənə qayıdır"
15:35 16.06.2025
Türkiyə-Azərbaycan Dostluğu və Bakı qeydləri Mevlüt Yeni yazır...
15:07 16.06.2025
Si Cinpin Qazaxıstana getdi
14:55 16.06.2025
Qara Zövqün Qaranlıq Tərəfi: Çayın İnsan Orqanizminə Zərərləri
14:46 16.06.2025
Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
13:56 16.06.2025
"Türkiyə "nüvə danışıqlarında" vasitəçi olmağa hazırdır"
13:36 16.06.2025
İsrail itkilərini açıqladı
13:32 16.06.2025
Şəhərlərin Estetik Kimliyi Necə Dəyişir?
13:01 16.06.2025
"Fərqliliklərimizi kənara qoyub düşmənin qarşısında  yumruq kimi dayanmalıyıq"
12:58 16.06.2025
İsrail-İran müharibəsi, qeyb olan "qırmızı cizgi"lər və Zəngəzur dəhlizi
12:21 16.06.2025
"Real" "Liverpul"-un daha bir ulduzuna "göz dikib
11:44 16.06.2025
İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub
10:07 16.06.2025
Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
09:50 16.06.2025
Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır
08:59 16.06.2025
"İsrail casusu" dar ağacından asıldı
07:53 16.06.2025
Aspirinin güclü və təhlükəsiz alternativi tapıldı
02:56 16.06.2025
Peruda zəlzələ güclü zəlzələ baş verib
01:20 16.06.2025
Reydə İsrailin dron sexi aşkarlanıb
00:55 16.06.2025
Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
00:38 16.06.2025
"Huawei"-dən "ChatGPT"-yə: Texnologiya Müharibəsində Soyuq Savaşın Yeni Üzü
20:35 15.06.2025
Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması
20:14 15.06.2025
Ərdoğan Azərbaycanı təbrik edib
19:29 15.06.2025
Qazaxın kəndlərinə dolu yağıb
18:03 15.06.2025
İran İraqı hava məkanına nəzarəti gücləndirməyə çağırıb
16:14 15.06.2025
Zəngəzur dəhlizi və regionda yeni biznes dinamikası: Risklər və fürsətlər
15:34 15.06.2025
Azərbaycan Enerji Qovşağında: Strateji Mövqeyin Geosiyasi Çəkisi
13:13 15.06.2025
Bilik Alveri: Repetitorluq Təhsil Bazarını Necə Şəkilləndirir?
12:03 15.06.2025
Vyetnamdakı daşqınlar doqquz nəfərin həyatına son qoyub
11:48 15.06.2025
"İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır"
10:49 15.06.2025
Yeni Dövrün Səssiz Pandemiyası: Yuxusuzluq və Gecə Gərginliyi
01:01 15.06.2025
Hamısı