"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.
“EDnews” xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib.
Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 qolun ötürməsini edib. Onun "mersisaydlılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.
Xatırladaq ki, "Real Madrid" daha öncə "Liverpul"un sabiq futbolçusu Trent Aleksandr-Arnoldu azad agent olaraq transfer etmişdi.