Azərbaycanlı zəvvarlar vətənə qayıtmaq üçün artıq yola düşüblər.
“EDnews” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.