Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
“EDnews” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Müzakirə zamanı İsraillə İran arasında davam edən münaqişə, eləcə də regional və beynəlxalq gündəmdəki əsas məsələlər diqqət mərkəzində olub.
Prezident Ərdoğan bölgədə gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb və nüvə danışıqlarının yenidən başlaması üçün Türkiyənin vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bildirib.