İsrail daxilində parçalanma: eyni ölkədə iki fərqli reallıq – EKSKLÜZİV

İsrail daxilində parçalanma: eyni ölkədə iki fərqli reallıq – <span class="text-danger">EKSKLÜZİV</span>

İsrail bu gün yalnız müharibə aparan ölkə deyil - eyni zamanda daxilində iki fərqli reallığın toqquşduğu bir məkana çevrilib. Siyasi parçalanma, media qarşıdurması və bir-birini təkzib edən ictimai rəy ölkəni vahid mövqedən uzaqlaşdırır.

İsrailli siyasi şərhçi Yuri Luqunin EDnews-a müsahibəsində ölkədəki daxili böhran, hakimiyyətin reytinqləri və siyasi qüvvələr arasındakı real balans haqqında danışıb.

Analitik bildirir ki, İsrail cəmiyyətindəki parçalanma artıq sadəcə ideoloji deyil, faktiki olaraq eyni ölkə daxilində sivilizasiya xarakterli qarşıdurmaya çevrilib. Bu bölünmə təkcə seçicilər arasında deyil, həm də media məkanında açıq şəkildə özünü göstərir.

Bu, siyasi fikir ayrılığı səviyyəsini çoxdan keçib - ölkə daxilində iki fərqli reallıq formalaşıb- deyə o vurğulayır.

Onun sözlərinə görə, sağ və ultra-sağ düşərgə üçün əsas prioritet təhlükəsizlik, müharibənin davam etdirilməsi və dövlətin suverenliyinin qorunmasıdır. Sol və ultra-sol qüvvələr isə daha çox sülhün əldə olunmasına fokuslanır, hətta bu sülhün şərtləri qeyri-müəyyən qalsa belə.

Sağ yönümlü informasiya məkanında İsrailin hərbi uğurları və təhlükəsizlik siyasəti ön plana çəkilir, sol mediada isə hökumətin ölkəni beynəlxalq təcridə apardığı və müharibəni uzatdığı iddia olunur.

Bu ziddiyyət ictimai rəy sorğularında da özünü göstərir - fərqli nəticələr eyni vaxtda tam əks mənzərə yaradır və ölkədə paralel siyasi reallıqların mövcudluğunu daha da aydın göstərir.

Müharibənin təsirinə toxunan ekspert bildirir ki, proses mövcud parçalanmanı aradan qaldırmaq əvəzinə onu daha da dərinləşdirib.

Cəmiyyət ordunun sərt addımlarını dəstəkləyir, amma eyni zamanda siyasi rəhbərliyə tam etibar etmir. Bu isə sistem daxilində ciddi ziddiyyət yaradır - deyə analitik qeyd edir.

İsrailin baş naziri Benjamin Netanyahu ilə bağlı vəziyyəti şərh edən ekspert vurğulayır ki, onun dəstəyi sabit deyil və əsasən hərbi uğurlar və informasiya gündəmi ilə dəyişir. Netanyahu güclü siyasi fiqur olaraq qalır, lakin əvvəlki kimi tam dominant mövqe əldə edə bilməyib.

Ekspert hesab edir ki, hazırda əsas siyasi rəqabət klassik sol-sağ qarşıdurması çərçivəsində deyil. Onun sözlərinə görə, əsas mübarizə sağ və sağ-mərkəzçi düşərgə daxilində gedir.

Bu kontekstdə əsas rəqib kimi Naftali Bennett önə çıxır. O, həm mərkəzçi, həm də sağ elektoratın bir hissəsini cəlb edə bilir və bu da siyasi balansı dəyişdirən əsas faktorlardan biri hesab olunur.

Digər tərəfdən, Yair Lapid kimi fiqurların mövqelərinin nisbətən zəif qaldığı qeyd edilir.

Seçici davranışına toxunan analitik bildirir ki, İsraildə vahid seçici modeli mövcud deyil. Sağ düşərgə üçün əsas amil təhlükəsizlik və dövlətin qorunmasıdırsa, sol üçün iqtisadiyyat və müharibənin nəticələri daha ön plana çıxır. Mərkəz isə həyat səviyyəsinə fokuslansa da, hazırkı mərhələdə bu mövzu ikinci planda qalır.

Ekspertin fikrincə, ölkədəki parçalanma müharibənin nəticəsi deyil, lakin son hadisələr onu daha sərt və dərin edib. İsrail artıq uzun müddətdir artan regional gərginlik fonunda yaşayır və bu da daxili siyasi sabitliyə birbaşa təsir göstərir.

Növbədənkənar seçkilər məsələsinə gəlincə, analitik hesab edir ki, hazırda belə ssenari az ehtimallıdır. Onun sözlərinə görə, seçkilər rəsmi olaraq 2026-cı ilin oktyabrına planlaşdırılıb və yalnız ciddi koalisiya böhranı və ya siyasi qərar belə prosesi sürətləndirə bilər.

Beynəlxalq faktorların roluna toxunan ekspert bildirir ki, xarici təzyiq İsrail daxilində siyasi mübarizənin bir hissəsinə çevrilib.

Xarici təzyiq sağ düşərgə üçün sərt siyasətin əsaslandırılmasıdır, sol düşərgə isə bunu hökumətin səhv kursunun nəticəsi kimi təqdim edir - deyə qeyd edir.

Analitik əlavə edir ki, xüsusilə Donald Trump faktorunun təsiri ilə İsrail bəzi hallarda paralel siyasət yürütməyə məcbur qalır - bir tərəfdən hərbi xətti davam etdirir, digər tərəfdən isə danışıq imkanlarını açıq saxlayır.

EDnews/Fatimə

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR