ABŞ İRANI MƏHV ETMƏK ÜÇÜN KİYEVİ QURBAN VERƏCƏK? Ukraynalı deputatdan şok açıqlamalar Müsahibə

ABŞ İRANI MƏHV ETMƏK ÜÇÜN KİYEVİ QURBAN VERƏCƏK? Ukraynalı deputatdan şok açıqlamalar <span class="text-danger">Müsahibə</span>

Müqəddəs Pasxa ərəfəsində Ukraynada qanlı müharibə davam edir. Ukraynalılar daha bir dini bayramı partlayış və atəş səslərinin müşayətində keçirir. Bəs savaşda və Kiyevdə son durum necədir? Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko mövzu ilə bağlı EDnews TV-nin suallarını cavablandırıb. 
“Ednews” sözügedən müsahibəni təqdim edir:

-Cənab Merejko Rusiya ilə Ukrayna arasında qanlı savaş hələ də davam edir. Müharibə və ölkənizdəki mövcud durum barədə nələri deyə bilərsiniz?

- Əslində heç nə dəyişməyib. Yəni, vəziyyət əvvəlki kimi qalır. Biz görürük ki, Putin danışıqlardan öz maraqları üçün istifadə edir. O göstərir ki, nə konkret nəticə əldə etməkdə maraqlıdır, nə də ümumiyyətlə ciddi danışıqlar aparmaq niyyətindədir. Onun üçün bu cür danışıqların imitasiya olunması ona görə əlverişlidir ki, eyni zamanda bizim kritik infrastrukturumuza zərbələr endirməyə, mülki əhalini öldürməyə davam edir və paralel olaraq guya ABŞ ilə hansısa danışıqlar apardığını göstərir. Putin öz strateji məqsədindən – Ukraynanı dövlət kimi məhv etmək, Ukrayna xalqını əsarət altına salmaq niyyətindən imtina etməyib. Yəni hər şey əvvəlki kimidir.

Bu isə ABŞ qətiyyət göstərməyənə və Rusiyaya qarşı siyasi və iqtisadi təzyiq artırılmayana qədər davam edəcək. Təəssüf ki, son vaxtlar İranda baş verən müharibə ilə əlaqədar vəziyyət daha da pisləşib, çünki neft qiymətləri artıb. Neft bahalaşanda isə Rusiya hərbi maşını Ukraynaya qarşı aqressiv müharibəni davam etdirmək üçün lazım olan resursları əldə edir.

-Bu gün ABŞ-nin Ukraynaya dəstəyini necə qiymətləndirirsiniz, xüsusilə onların İranla assimetrik müharibəyə başlaması fonunda Kiyevə olan yanaşma dəyişməyib ki?

- Bu günə qədər olan dəstək səviyyəsi hələlik eyni qalır. Məsələn, biz kəşfiyyat məlumatları alırıq ki, bu da Rusiyanın nə zaman hücuma hazırlaşdığını, mülki əhali və kritik infrastruktura zərbələr endirəcəyini öncədən bilməyə imkan verir. Bu məlumatlar insanların həyatını qorumağa və Rusiyanın, məsələn, enerji sisteminə hücumlarına qarşı durmağa kömək edir. Eyni zamanda Avropadakı tərəfdaşlarımız ABŞ-dən silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri almağa davam edirlər. Bu da mülki əhalinin qorunması üçün vacibdir. Amma narahatlıq doğuran məqam ondan ibarətdir ki, İrandakı müharibə dünyanın və ABŞ-nin diqqətini, eləcə də resurslarını Rusiyaya qarşı mübarizədən yayındırır. Bundan başqa, bəzi hərbi resursların Yaxın Şərq regionuna yönləndirilməsi ehtimalı var. Hələlik konkret mənfi dəyişiklik görmürük, amma belə ehtimalın özü belə narahatlıq yaradır.

 

- Avropa İttifaqının dəstəyi ilə bağlı son durumu necə qiymətləndirirsiniz? nə demək olar?

- Dəstək davam edir, çünki Avropa ölkələri anlayır ki, biz təkcə özümüzü deyil, bütün Avropanı müdafiə edirik. Ukrayna Avropa üçün qalxan rolunu oynayır. Bununla belə, Macarıstanla bağlı problem var: Baş nazir Orban Ukraynaya 90 milyard avro həcmində kreditlərin ayrılmasını bloklamağa davam edir. Bu, ölkənin müdafiə qabiliyyəti üçün ciddi təhlükədir. Lakin Avropa İttifaqı bu vetonu aşmaq yollarını axtarır. 

- Rusiya və Ukrayna arasındakı sülh prosesinin nizamlanması ilə bağlı gözləntiləriniz nədir?

- Hazırda heç bir sülh nizamlanmasından söhbət gedə bilməz. Bunun yeganə səbəbi Putinin mövqeyidir. O, atəşkəsdən qorxur, hakimiyyətini itirməkdən qorxur. Rusiya cəmiyyəti üçün Ukraynaya qarşı aqressiv müharibə daxili problemlərdən diqqəti yayındırmaq vasitəsidir. Yəni hər şey bir nəfərdən asılıdır. Putin bütün təkliflərə, o cümlədən prezident Tramp tərəfindən səsləndirilən təkliflərə qarşı çıxır.

- Vladimir Putin ilə Nikol Paşinyan arasında baş tutan son görüş beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Siz bunu necə qiymətləndirirsiniz?

- Bu görüşlə bağlı qarışıq hisslərim var. Birincisi, Ermənistanın mövqeyi mənə tam aydın deyil. Burada müəyyən ardıcıllıq gözlənilir. Ermənistan, bildiyimə görə, Roma statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür, hansı ki, Putin barəsində həbs orderi verib. Bu halda sual yaranır: belə beynəlxalq-hüquqi öhdəlikləri olan bir dövlətin rəhbəri niyə həbs orderi olan bir şəxslə görüşür?

Bu, müəyyən anlaşılmazlıq yaradır və siyasi ardıcıllığın olmadığını göstərir. Digər tərəfdən, diqqət etdim ki, Paşinyan Putin ilə görüş zamanı belə bir ifadə işlətdi və müşahidəçilərin fikrincə, bu, müəyyən mənada Putinə qarşı “trolling” idi. O dedi ki, Ermənistanda sosial şəbəkələr və internet qadağan olunmayıb. Bu, açıq-aşkar bir işarə, hətta deyərdim ki, Putinə yönəlmiş bir “sancma” idi. Bu səbəbdən, həmin görüş və söhbətlə bağlı hisslərim olduqca ziddiyyətlidir.

-Məlumdur ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasəti dünya ölkələrinin və bir sıra tədqiqat mərkəzlərinin diqqətini cəlb edir. Siz onun regiondakı rolunu necə qiymətləndirirsiniz?

- İlham Əliyevin rolunu yüksək qiymətləndirirəm. Çünki bir tərəfdən biz yaxşı anlayırıq ki, Azərbaycan geosiyasi baxımdan çox mürəkkəb bir vəziyyətdədir. Belə şəraitdə dövlətin milli maraqlarını qorumaq üçün həqiqətən də geosiyasətin ustası olmaq, strateji düşüncəyə sahib olmaq lazımdır. Bu baxımdan Prezident Əliyev öz dövlətinin maraqlarını çox müdrik şəkildə qoruyur.

Bizim üçün çox vacibdir ki, Azərbaycan və Azərbaycan xalqı bizə dost münasibət göstərir. Görürük ki, Azərbaycan cəmiyyəti Rusiya təbliğatını və narrativlərini qətiyyətlə qəbul etmir. Bunun səbəbi bizim oxşar tarixi təcrübəmizdir. Biz yaxşı bilirik ki, aqressiyanın qurbanı olmaq nə deməkdir, işğal olunmuş ərazilərə sahib olmaq nə deməkdir və ərazi bütövlüyünü bərpa etmək üçün necə mübarizə aparmaq lazımdır. Ona görə də aramızda tam qarşılıqlı anlaşma var. Bu kontekstdə Prezident Əliyev, şübhəsiz ki, tarixə daxil olacaq. O, dövlətin ərazi bütövlüyünü bərpa edib və Cənubi Qafqazda milli maraqlardan geri çəkilmədən müdrik, balanslı siyasət yürütməyə davam edir.

Fatimə | EDnews

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR