Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verib.
EDnews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə əraziyə polis əməkdaşları da cəlb ediliblər.







