Azərbaycanda yaxın illərdə dərsliklərin təhsil prosesindəki rolu ciddi şəkildə dəyişə bilər.
EDnews xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, süni intellektin inkişafı təhsil sahəsində yeni imkanlar yaradır və artıq bəzi hallarda süni intellekt müəlliflərdən daha keyfiyyətli dərslik materialları təqdim edə bilir.
“Uşaqlara düzgün sual verməyi öyrətsək, dərslikləri süni intellekt əvəzləyə biləcək. Süni intellekt üç-dörd il sonra hətta Dilçilik İnstitutunun tədqiqatlarını daha yaxşı formada təqdim edəcək. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac olmayacaq”, – deyə Emin Əmrullayev qeyd edib.
O bildirib ki, əsas məsələ şagirdlərə informasiyanı sadəcə əzbərlətmək deyil, onlara düzgün sual vermək, məlumatı təhlil etmək və süni intellekt imkanlarından səmərəli istifadə etməyi öyrətməkdir.



.png)


.png)
