Belçikada qeyri-adi hadisə baş verib. Yaşlı qadın nəvəsini uşaq bağçasından götürmək istəyərkən səhvən başqa uşağı özü ilə aparıb.
EDnews xəbər verir ki, bu barədə "NOS" məlumat yayıb.
Hadisə Belçikanın Strombeek-Bever şəhərində qeydə alınıb.
Məlumata görə, təqaüdçü qadın bağçaya nəvəsini götürməyə gəlsə də, uşaqları səhv salaraq başqasının övladını aparıb.
Səhv aşkar edildikdən sonra polis əməkdaşları hərəkətə keçiblər. Rayon üzrə informasiya şəbəkəsi vasitəsilə qadının və uşağın təsvirlərinin yer aldığı təcili xəbərdarlıq yayılıb.
Bir müddət sonra qadının ailə üzvləri uşağın onların nəvəsi olmadığını anlayıblar və onu yenidən uşaq bağçasına qaytarıblar.
Hadisənin necə baş verdiyi və bağçada uşaqların təhvil verilməsi qaydalarına əməl olunub-olunmadığı araşdırılır.







