ABŞ prezidentinin iqamətgahında təhlükəsizliyin artırılması məqsədilə Ağ Evin giriş qapısının gücləndirilməsi planlaşdırılır.
EDnews xəbər verir ki, bu barədə "CNN" mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, yeni qapının quraşdırılması bir neçə ay davam edə bilər.
Hazırda ABŞ Prezidenti Donald Trampın göstərişi ilə xarici sütunlarda aparılan təmir işləri səbəbindən giriş hissəsi brezentlə örtülüb.
Bildirilib ki, ABŞ Gizli Xidmətinin əməkdaşları uzun müddətdir Ağ Evin giriş qapısının dəyişdirilməsini və təhlükəsizlik sisteminin gücləndirilməsini təklif edirlər.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin avqustunda Ağ Evdə 200 milyon dollar dəyərində genişmiqyaslı təmir işlərinin aparılması planından danışmışdı. O, keçmiş Şərq Qanadının yerində böyük bal zalının tikilməsini nəzərdə tutduğunu bildirmişdi.
ABŞ Prezidentinin sözlərinə görə, layihə onun “ölkəyə hədiyyəsi” olacaq və şəxsi vəsaiti, eləcə də özəl ianələr hesabına maliyyələşdiriləcək.
“The Washington Post” isə daha əvvəl bal zalının tikinti xərclərinin 600 milyon dollara qədər arta biləcəyini yazıb.







