Ağstafada minik avtomobilləri toqquşub.
EDnews xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.
Belə ki, əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub.
Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı arxa düşüb. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb.
1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.







