İrlandalı alimlərin apardığı yeni araşdırma qəhvə istehlakının təkcə enerjini artırmaqla kifayətlənmədiyini, həm də yaddaş və əhval-ruhiyyəyə müsbət təsir göstərdiyini ortaya qoyub.
EDnews xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Araşdırma zamanı mütəxəssislər gündə 3–5 fincan qəhvə içən şəxsləri müşahidə ediblər. İki həftə qəhvə qəbulunu dayandıran iştirakçılar daha sonra yenidən qəhvə istehlak etməyə başlayıblar. Nəticələr göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə stress, depressiya və impulsivlik səviyyəsini azaldaraq psixoloji vəziyyəti yaxşılaşdırıb.
Tədqiqatın nəticələrinə görə, kofeinsiz qəhvə öyrənmə prosesini sürətləndirir və yaddaşı gücləndirir. Kofeinli qəhvə isə diqqətin cəmlənməsini yaxşılaşdırır, ayıqlığı artırır və narahatlıq hissini azaltmağa kömək edir. nin tərkibindəki polifenollar beyində iltihabı azaldır, dopamin ifrazını artırır və bağırsaq mikrobiomuna müsbət təsir göstərərək beyin-bağırsaq əlaqəsini gücləndirir. Araşdırma zamanı faydalı bağırsaq bakteriyalarının sayının artdığı da müşahidə olunub.
Tədqiqatın rəhbəri, İrlandiyanın Cork Universitet Kollecinin professoru Con Kryan qeyd edib ki, qəhvə balanslı qidalanmanın bir hissəsi kimi həm beyin, həm də bağırsaq sağlamlığının qorunmasına töhfə verə bilər.







