ABŞ prezidenti Donald Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrilmək riski ilə üzləşdiyi barədə fikirlərini bildirib.
EDnews xəbər verir ki, o, bu barədə "TruthSocial" sosial şəbəkəsində yazıb .
"Avropa başa düşür ki, üçüncü dünya ölkələrindən cinayətkarları qəbul etməklə siz özünüz üçüncü dünya ölkəsinə çevrilirsiniz", - deyə Amerika prezidenti bildirib.
O əlavə edib ki, bu cür proseslər "tez bir zamanda, bir göz qırpımında" baş verir. Buna görə də Tramp "tam vaxtında" ABŞ prezidenti seçildiyi qənaətinə gəlib.







