“Bayern”dən “Real”ın maraq dairəsində olduğu deyilən Maykl Olise ilə bağlı diqqətçəkən açıqlama verilib.
EDnews xəbər verir ki, Madrid təmsilçisi fransalı vinger üçün 150 milyon avro ödəməyə hazırdır. Ancaq Münhen klubunda bu məbləğin belə, transfer üçün kifayət etmədiyini düşünürlər.
Adının açıqlanmasını istəməyən klub rəsmisi “Ekip”-ə verdiyi açıqlamada sərt ifadələr işlədib:
“O, 200 milyon avroya da getməyəcək! Olise qiymətsiz futbolçudur. Onu 500 milyon avroya belə, satmarıq. Düzünü desəm, əmin deyiləm ki, “Real” 150 milyon avroya onun heç bir ayağını belə, ala bilsin”.


.jpg)




