ABŞ mümkün müharibə və ya böhran zamanı Avropaya göstərəcəyi hərbi dəstəyi əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
EDnews xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Vaşinqton NATO çərçivəsində Avropanın müdafiəsi üçün ayrılan bir sıra əsas hərbi imkanların sayını azaltmaq niyyətindədir.
Planlara əsasən, strateji bombardmançıların sayı təxminən 30 faiz, hərbi gəmilərin sayı 50 faiz, kəşfiyyat və zərbə dronlarının sayı isə 75-100 faiz azaldıla bilər.
Qərb mediası yazır ki, bu addım ABŞ-nin Avropa müttəfiqlərinə müdafiə yükünü daha çox öz üzərlərinə götürmək mesajı kimi qiymətləndirilir.
Reuters-in məlumatına görə, ABŞ artıq NATO əməliyyatları üçün Avropaya təqdim etdiyi qırıcı təyyarələr və hərbi gəmilərin sayını azaltmağı planlaşdırır. NATO rəsmiləri isə alyans daxilində uzun müddət ABŞ hərbi imkanlarından həddindən artıq asılılıq olduğunu etiraf edirlər.
Bildirilir ki, Avropa ölkələri ABŞ dəstəyi azaldığı halda öz müdafiə imkanlarını necə gücləndirəcəklərini müzakirə edir.
NATO nümayəndələri bu prosesin alyans daxilində məsuliyyət bölgüsünün yenidən balanslaşdırılması ilə bağlı olduğunu bildirirlər. Avropa və Kanada ölkələrinin müdafiə xərclərini artırması fonunda hərbi vəzifələrin daha geniş bölüşdürülməsi gündəmə gəlib.





.jpg)

