ABŞ və İran arasında sülh sazişinin yaxın 24 saat ərzində yekunlaşdırılması gözlənilir.
EDnews xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında məlumat yayıb.
“Biz sülh müqaviləsinə heç vaxt olmadığı qədər yaxınıq. Sazişin yaxın 24 saat ərzində yekunlaşdırılması gözlənilir və Pakistan dərhal sonra sülh müqaviləsinin elektron qaydada imzalanmasına hazırlaşır. Bunun ardınca isə gələn həftə texniki səviyyədə danışıqlar baş tutacaq. Bu tarixi sülh sazişinin davamlı sülh üçün güclü bir təməl formalaşdıracağına əminliyimiz tamdır”, - deyə Şahbaz Şərif paylaşımında qeyd edib.
Pakistan Baş naziri danışıqlar zamanı nümayiş etdirdikləri davamlı sadiqliyə görə ABŞ və İran tərəfinə təşəkkürünü bildirib.
“Reuters” də Pakistan Baş nazirinin ABŞ və İranın sülh sazişi üzrə yekun mətn üzərində razılığa gəldiyini və sənədin 24 saat ərzində imzalana biləcəyini açıqladığını yazıb. Məlumata görə, saziş imzalandıqdan sonra gələn həftə texniki səviyyədə danışıqların keçirilməsi planlaşdırılır.







