Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Region 10:03 21.05.2025

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub.Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub. 

EDnews xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.

Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Mədinə Məmmədova//EDnews

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
İ.Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
12:43 21.05.2025
Kuba Prezidenti İlham Əliyevi təbrik edib
12:36 21.05.2025
Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
12:31 21.05.2025
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
12:25 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir
12:18 21.05.2025
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
12:13 21.05.2025
Sabah 29 dərəcə isti olacaq
12:07 21.05.2025
Prezident: ''Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıda bilmələri ilə bağlı mövqe ifadə etməlidir''
12:03 21.05.2025
Lavrov: Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı tərəfdir
11:57 21.05.2025
IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
11:53 21.05.2025
Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı torpaqlarına qayıdışının təmini sülh üçün vacib faktordur
11:42 21.05.2025
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
11:35 21.05.2025
İ. Əliyev: Azərbaycan və Türkiyənin hüquq prinsiplərinə sadiqliyi sabitliyin təmin olunması üçün zəmin yaradır
11:29 21.05.2025
Bakıda “Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək
11:24 21.05.2025
İ. Əliyev Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
11:20 21.05.2025
Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək
11:16 21.05.2025
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir
11:12 21.05.2025
İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
11:07 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
11:04 21.05.2025
Azərbaycan “Tel Aviv EAT 2025” Qida Festivalında təmsil olunur
10:53 21.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib
10:49 21.05.2025
Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib
10:46 21.05.2025
İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
10:41 21.05.2025
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak üçün Ankarada səfərdədir
10:38 21.05.2025
Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub
10:34 21.05.2025
Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir
10:29 21.05.2025
Azərbaycan Türk dünyasının inkişafı baxımından çox mühüm ölkədir
10:21 21.05.2025
Azərbaycan və Uruqvayın ali təhsil müəssisələri diplomatik əməkdaşlıq edəcəklər
10:16 21.05.2025
Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
10:11 21.05.2025
Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək
10:08 21.05.2025
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub
10:03 21.05.2025
«Yuqoslaviya: Dağılan ümidlər imperiyası» ( I hissə )
23:29 20.05.2025
AƏOK Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyasında iştirak etdi
14:31 20.05.2025
Robotlar insanı anlamağa başlayır
12:46 20.05.2025
"Azərbaycan davamlı sülh konstruktiv səylərini qətiyyətlə davam etdirir"
12:43 20.05.2025
Dini Komitənin sədri Qazaxda dini ibadətgahlarla tanış olub
12:24 20.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 20.05.2025
ÜST Pandemiya Sazişini qəbul etdi
12:17 20.05.2025
Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik müqaviləsini ratifikasiya edib
12:12 20.05.2025
Hamısı