Bu gün UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olacaq.Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İtaliyanın “Atalanta” klubu olub.Matçı almaniyalı refer Feliks Zoyer idarə edəcək.Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.
EDnews xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşacaq. İspaniyanın Bilbao şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mədinə Məmmədova//EDnews