Mayın 27-28-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.Sərgidə SDU tələbələri ilə yanaşı, Sumqayıt sakinlərinin də iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.Sərginin ilk günü Milli Mətbuatın yaranmasının 150 illiyinə, ikinci günü isə Müstəqillik Gününə həsr ediləcək.
EDnews xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında keçiriləcək.
Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 faizədək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil olunacaq.İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucular üçün açıq olacaq.Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.Giriş sərbəstdir.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqramlar keçiriləcək.
Mədinə Məmmədova//EDnews