TDT-nin baş katibi TDT-nin növbəti dövr üçün müəyyənləşdirdiyi prioritetlər, gömrük sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat dəhlizləri, hərbi əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın TDT-dəki rolu və digər məsələlərdən danışıb.
Türk Dövlətləri Təşkilatı son 15 ildə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü bir regional struktura çevrilib. Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik və hazırda ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət, innovasiya, rəqəmsallaşma, səhiyyə, ətraf mühit və hətta kosmosun tədqiqi də daxil olmaqla, 35-dən çox sahədə fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev qurumun 20-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində EDnews'a müsahibə verib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev qurumun 20-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində EDnews'a müsahibə verib.
Gördüyümüz işlər “Türk Dünyası” və “2022–2026-cı illər üzrə TDT Strategiyası”na əsaslanır. Əsas məqsədimiz institusional potensialı gücləndirmək, regional əlaqəliliyi artırmaq və Türk dünyasının qlobal təsirini genişləndirməkdir. Orta Dəhliz və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi regiondaxili əlaqələrin genişlənməsinə töhfə verən əsas layihələrlə strateji infrastrukturun inkişafı prioritet olaraq qalır.
Mədinə Məmmədova//EDnews