Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
EDnews'un məlumatına görə, ilk gündə 8 matç keçiriləcək.
Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
Mədinə Məmmədova//EDnews