XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir.
EDnews xəbər verir ki,bu il təşkilatın tarixində ilk dəfə olaraq Zirvə görüşü, bir müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyi ilə keçiriləcək. Bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir.
Bununla yanaşı, sammitin “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı altında baş tutacaq olması mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir.
Mədinə Məmmədova//EDnews