Dietoloqlar sağlamlıq üçün ən zərərli çörək növünün yüksək dərəcədə təmizlənmiş undan hazırlanan ağ çörək olduğunu bildiriblər.
EDnews məlumat verir ki, mütəxəssislərin sözlərinə görə, bu unun emalı zamanı kəpək və buğda rüşeymi çıxarıldığı üçün onun tərkibindəki lif və digər faydalı qida maddələri xeyli azalır.
Qeyd olunub ki, təmizlənmiş undan hazırlanan adi ağ çörək karbohidratla zəngin olduğundan qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Dietoloqlar xüsusilə tərkibinə şəkər və ya qarğıdalı siropu əlavə olunan ağ çörəyin daha zərərli olduğunu vurğulayıblar.
Onların fikrincə, bu məhsul demək olar ki, lifsizdir, yüksək kalorili olduğundan çəki artımına və zamanla metabolik pozğunluqların yaranmasına səbəb ola bilər.







